Qocalma

Qocalma — müəyyən yetkinlik dövrünə çatandan sonra orqanizmin funksional imkanlarının proqressiv azalması prosesidir. Bu bioloji proses yaşla əlaqədar olaraq inkişaf edib zamanla təbii səbəblərdən ölüm riskinin artması, orqanizminin, xüsusilə, çoxalma və regenerasiya qabiliyyəti kimi vacib funksiyalarının tədricən pozulması və ya itirilməsi ilə səciyyələnir.[1]

Qocalmanın bioloji, sosial və psixoloji cəhətlərini, habelə onunla mübarizə prinsiplərini və üsullarını gerontologiya elmi öyrənir.

  1. Əliyev, S.C.; Əliyev, M.X. Patoloji Fiziologiya (II cilddə) (az.). I hissə. Bakı: TƏBİB. 2015. 159–168.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in